İdman · Bizim.Media

Dünya çempionatı: Azərbaycan millisi Yaponiyaya uduzaraq mübarizəni dayandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Azərbaycan millisi Yaponiyaya uduzaraq mübarizəni dayandırdı xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Yaponiya yığmasına məğlub olub.

Bizim.Media xəbər verir ki, 1/8 final mərhələsində tatamiyə çıxan komandamız rəqibinə 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Bundan əvvəl Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığmasını 4:0 hesabı ilə məğlub edib.
 

Qadınlardan ibarət komandamızın heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), həmçinin Madina Kaisinova (+70 kq) yer alıblar.


Kişilərin mübarizəsində isə Azərbaycanı Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), eləcə də Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑