İdman · İdman.biz

Azərbaycan U-21 millisinin üzvü Mezzotero “Sampdoriya”da het-trik etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan U-21 millisinin üzvü Mezzotero “Sampdoriya”da het-trik etdi xəbəri üçün şəkil

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Lorenzo Mezzotero İtaliyanın “Sampdoriya” klubunun gənclər komandasının oyununda het-trik edib.

İdman.Biz xəbər verir ki, “Sampdoriya”nın 19 yaşadək futbolçulardan ibarət komandası Primavera çempionatında səfərdə “Padova”nın həmyaşıdları ilə qarşılaşıb. Albinyaseqodakı “Montanya” stadionunda keçirilən görüş qonaqların 4:0 hesablı qələbəsi ilə bitib.

Mezzotero üç qol vuraraq komandasının qələbəsində həlledici rol oynayıb. Millilərin oyunlarına görə yaranan fasilədə heyətdən yığmaya yollanan yeganə futbolçu da o olub: hücumçu Azərbaycan U-21 millisinin toplanışına çağırılıb.

Dördüncü qolu yay transfer dönəmində komandaya qoşulan Marko İlliano vurub. Bu, onun mövsümdəki ilk qoludur.

Baş məşqçi Feliçe Tufanonun yetirmələri dörd turdan sonra səkkiz xalla ikinci yerdədir və lider “Viçentsa”dan iki xal geri qalır. Komanda mövsümdə məğlubiyyət almayıb, dörd oyunun ikisində isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Sampdoriya”nın gənclər komandası əvvəlki matçında səfərdə “Modena” ilə 4:4 hesablı heç-heçə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑