İdman · Publika.az

“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı xəbəri üçün şəkil

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“İmişli” Yevlaxda “Qarabağ”ı qəbul edəcək. Oyunu Elvin Bayramov idarə edəcək.

Son oyunda isə “Şəfa” “Turan Tovuz”la qarşılaşacaq. Sumqayıtda keçiriləcək oyunun baş hakimi Əli Əliyev olacaq.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”ə (0:2) uduzub, “Sumqayıt” “Qəbələ”yə (4:1) qalib gəlib. “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) matçlarında isə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
7-ci tur

11 oktyabr

“İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:00.

“Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena”, 18:30

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑