Bu barədə Ölkə.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir.
Ödəniş kartlarının sayı sentyabr ayı ərzində 414 min ədəd və ya 1,8% artıb. İllik müqayisədə isə bu göstəricidə 2 mln 20 min ədəd və ya 9,4% artım qeydə alınıb.
Sözügedən dövrə debet kartlarının sayı 21 mln 353 min ədəd, kredit kartlarının sayı isə 2 mln 35 min ədəd təşkil edib.
Debet kartlarının tərkibində 3 mln 435 min ədədi sosial kartlar, 3 mln 91 ədədi əməkhaqqı kartları, 14 mln 827 min ədədi digər debet kartlar olub. Əsas artım digər debet kartlarının sayında olub ki, bu da sentyabrın 1-i göstəriciləri ilə müqayisədə 242 min ədəddir.
2026-cı il oktyabrın 1-nə debet və kredit kartları ilə əməliyyatların sayı 267 mln 267 min, həcmi isə 13 mlrd 310 mln manat təşkil edib. Sentyabr ayı ərzində ödəniş kartları vasitəsilə əməliyyatların sayı 9 mln 390 min olub.
Könül Vəliyeva

