Qəbələ, 27 oktyabr,
Azərbaycanda suvarma kanallarının və meliorasiya-irriqasiya sistemlərinin yenidən qurulması su itkilərinin azaldılması və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.xəbər verir ki, bu szöləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə Şirvan və Aşağı Muğan suvarma kanalları, eləcə də digər meliorasiya-irriqasiya obyektləri üzrə tikinti və yenidənqurma tədbirləri həyata keçirilir. Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi üzrə də hazırlıq və ekspertiza işləri aparılır.
Akif Quliyev vurğulayıb ki, müasir hidrotexniki qurğuların inşası və suvarma infrastrukturunun yenilənməsi suyun itkisiz və daha səmərəli çatdırılması üçün vacibdir.
O qeyd edib ki, su ehtiyatlarının idarə edilməsində su anbarlarının tikintisi ilə yanaşı, mövcud infrastrukturun vəziyyəti və suyun ötürülməsi zamanı yaranan itkilər də nəzərə alınmalıdır.
Agentliyin rəsmisi bildirib ki, su anbarlarının doldurulması və boşaldılması, həmçinin çaylara su buraxılması ilə bağlı müvafiq hesabatlar aparılır. Bu tədbirlər su ehtiyatlarının vəziyyətinin izlənilməsinə və onların istifadəsinin tənzimlənməsinə imkan verir.
Akif Quliyevin sözlərinə görə, həyata keçirilən layihələrin əsas məqsədi su ehtiyatlarının qorunması, kənd təsərrüfatının su təminatının yaxşılaşdırılması və ölkənin su təhlükəsizliyinin gücləndirilməsidir.
Müəllif - Vüqar Qurbanoğlu Videooperator - Mirrəsul Cəfərov
