İqtisadiyyat · Marja.az

Azərbaycan ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib xəbəri üçün şəkil

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑