Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının mənfəət və zərər hesabatına əsasən, 2026-cı ilin 9 ayının yekunlarına görə sektörün maliyyə göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin geriləmə qeydə alınıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2025-ci ilin yanvar-sentyabr aylarını 0.1 milyon manat xalis mənfəətlə başa vurduğu halda, 2026-cı ilin eyni dövründə 1.5 milyon manat xalis zərər edib.
Sektorun faiz gəlirləri ötən ilin müvafiq dövründəki 1.5 milyon manatdan 1.4 milyon manata düşüb. Qeyri-faiz gəlirləri 0.2 milyon manat səviyyəsində sabit qalıb, qeyri-faiz xərcləri isə 1.0 milyon manatdan 0.9 milyon manata geriləyib.
Zərərin kəskin artmasının əsas səbəbi olan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) ötən ilin eyni dövründəki 0.6 milyon manatdan 2.2 milyon manata yüksələrək təqribən 3.7 dəfə artıb.



