İqtisadiyyat · Ədalət

Bəs nə edim?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bəs nə edim? xəbəri üçün şəkil

Hüquqi, siyasi və ictimai fəlsəfəyə, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədə hər bir vətəndaşın əsas güvənc yeri Dövlət, onun Konstitusiyası və Qanunun aliliyidir. Vətəndaşın təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin edən bu güvənc sistemi konkret olaraq aşağıdakı sütunlara dayanır:

1) Dövlət- hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə təminat verir, onun təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamasını öhdəsinə götürür.

2) Konstitusiya- Ölkənin ali qanunu olaraq vətəndaşların fundamental hüquqlarını hüquqi zəmanət altına alır.

3) Qanunun aliliyi- İctimai dialoq, ədalətli məhkəmə sistemi və hüquqi mexanizmlər vətəndaşların qarşılaşdığı problemlərin emosiyalardan uzaq, qanun çərçivəsində həll edilməsinə şərait yaradır.

4) Hüquq-mühafizə orqanları və dövlət təsisatları- Gündəlik həyatda vətəndaşların asayişini qoruyan, təhlükəsizliyini təmin edən və hər hansı bir hüquq pozuntusu zamanı müraciət edə biləcəkləri rəsmi qurumlardır. Eyni zamanda, cəmiyyətdəki sabitlik və əmin-amanlıq təkcə dövlətin deyil, həm də hər bir vətəndaşın öz məsuliyyətidir. Qarşılıqlı hörmət və qanunlara riayət edilməsi bu güvənc yerini daha da sarsılmaz edir...

Düz altı aydır ki, “Binəqədi-38” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində, yəni MMMC-də baş verən qanun pozuntuları haqqında aidiyyəti dövlət qurumlarına şikayət məktubları yazır, o cümlədən televiziya və mətbuatda bu barədə çıxışlar edirəm. Amma heç bir nəticə olmur ki, olmur. Onların bəziləri gəlib faktları yerində təsdiq etsə də, problemlər öz həllini tapmır ki, tapmır. Bəziləri isə mənə məhkəməyə müraciət etməyi tövsiyə edir. Necə deyərlər, bütün yollar Rimə gedir...

Deyirəm ki, çoxmənzilli binanın ümumi mülkiyyət payına daxil olan zirzəmidə icazəsiz daimi parkinq etmək olmaz, yenə də həmin adamlar avtomobillərini icazəsiz yerlərdə parkinq edirlər. Deyirəm ki, binamızda yanğın təhlükəsizliyi bərbad haldadır, MMMC-nin rəhbərliyi heç bir addım atmır. Səhlənkarlığa görə MMMC-ni idarə edənlər cərimə olunur, fəqət cərimənin pulunu kommunal ödənişlərinin hesabına ödəyib özünü haqlı hesab edirlər. Söyləyirəm ki, seçkini qanunun tələblərinə uyğun keçirmək lazımdır, “belə məsləhətdir” deyib, özləri bildiyi kimi, əndirabadi seçki keçirirlər. Tələb edirəm ki, binamız üçün iri məbləğli nəsə alarkən, mülkiyyətçilərin ümumi yığıncağının razılığı alınmalıdır, veclərinə deyil. İzah etməyə çalışıram ki, MMMC-də çalışan işçiləri rəsmi əmək müqaviləsi olmadan işlətmək qanunla qadağandır, qanunu saya salmırlar. Bəs nə edim, nə edim ki, "Binəqədi-38" MMMC-də Azərbaycan Respublikasının qanunları bərqərar olsun?..

Elman Eldaroğlu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑