İqtisadiyyat · Yeni Sabah

Hansı sektorda daha çox işçi çalışır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hansı sektorda daha çox işçi çalışır? xəbəri üçün şəkil

Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan rəsmi məlumatlarına əsasən, Azərbaycanda muzdlu işçilərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü məlum olub. Statistikaya görə, ölkədə muzdlu işçilərin ümumi sayı müxtəlif sahələr arasında paylanıb.

“Yeni Sabah” xəbər verir ki, işçilərin 32,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Sənaye sahəsində çalışanların xüsusi çəkisi 22,0 faiz, təhsil sahəsində isə 16,1 faiz təşkil edir. Dövlət idarəetməsi və müdafiə, həmçinin sosial təminat sektorunda işçilərin payı 10,4 faizdir. 

Digər sahələr üzrə göstəricilər isə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 9,6 faiz, tikinti 6,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 4,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 3,5 faiz, peşə, elmi və texniki fəaliyyət 3,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 3,0 faiz, maliyyə və sığorta fəaliyyəti 2,8 faiz, daşınmaz əmlakla əlaqədar əməliyyatlar 2,6 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi 2,5 faiz, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı 1,7 faiz, informasiya və rabitə 1,5 faiz, digər sahələrdə xidmətlərin göstərilməsi 1,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 0,8 faiz, mədənçıxarma sənayesi isə 0,4 faiz təşkil edir. Dominos pizza

Cəlalə Cəlalqızı 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑