İqtisadiyyat · AZƏRTAC

Azərbaycan Vyanada maliyyə böhranlarının idarə olunması üzrə beynəlxalq təlimdə təmsil olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Vyanada maliyyə böhranlarının idarə olunması üzrə beynəlxalq təlimdə təmsil olunub xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Avstriyanın paytaxtı Vyanada “Maliyyə böhranlarının idarə olunması” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Birgə Vyana İnstitutu (JVI) ilə Yel Universitetinin Maliyyə Sabitliyi Proqramı çərçivəsində keçirdiyi təlim maliyyə sisteminin dayanıqlığının gücləndirilməsi, böhranlara hazırlıq və onların idarə olunması üzrə nəzəri yanaşmaları və praktiki alətləri əhatə edib.

Proqram çərçivəsində bank sektorunda risklərin erkən müəyyənləşdirilməsi, maliyyə çətinlikləri ilə üzləşən banklara nəzarət, böhran dövründə likvidlik dəstəyi, əmanətlərin sığortalanması və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri nəzərdən keçirilib. Bankların restrukturizasiyası, transsərhəd böhranların idarə olunması və problemli aktivlərlə iş üzrə beynəlxalq təcrübələr də təlimin əsas mövzuları sırasında yer alıb.

Proqramda iştirak maliyyə risklərinin təhlili və makroiqtisadi dayanıqlığın qiymətləndirilməsi üzrə beynəlxalq yanaşmalarla tanışlıq, eləcə də müxtəlif ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑