Ölkə.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ildə yeni doğulan qızlara ən çox verilən ad Melisa olub. Zeynəb, Məryəm, Zəhra, Nilay, Aylin, Ayla, Alisa, İnci və Fatimə siyahıda ən çox qoyulan adlar sırasında yer alıb.
Doğulan oğlan uşaqlarına qoyulan adlar arasında isə ən çox Uğur adına rast gəlinib. Sıralamanı Raul, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar və Murad izləyib.
Könül Vəliyeva

