İqtisadiyyat · AZƏRTAC

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Milli səviyyədə Azərbaycan kiçik və orta sahibkarların rəqabət qabiliyyətinin gücləndirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirir.

xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.

Nazirin müşaviri bildirib ki, cari ilin doqquz ayında qeyri-neft-qaz ixracı, qeyri-monetar qızıl istisna olmaqla, 20,5 faiz artıb: “İxrac artımını daha da dəstəkləmək üçün xarici bazarlara çıxışla bağlı xərclərin azaldılmasına yönəlmiş yeni mexanizmlər tətbiq edilib. Bunlara uyğun qeyri-neft-qaz ixracı üzrə nəqliyyat xərclərinin 70 faizə qədərinin dövlət tərəfindən qarşılanması, eləcə də mikro, kiçik və orta sahibkarların gömrük rəsmiləşdirilməsi haqlarının bir hissəsinin kompensasiya edilməsi daxildir”.

“Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir. Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 4 mindən çox layihənin dəstəklənməsi üçün ümumilikdə təxminən 246 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyi əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın dəstəklənməsi və beynəlxalq iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Biz beynəlxalq biznes ictimaiyyəti ilə əməkdaşlığımızı genişləndirməyi, tərəfdaşlarımızı Azərbaycanda mövcud olan investisiya və ticarət imkanlarını, o cümlədən Azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanlarını araşdırmağa dəvət edirik.

İnanıram ki, bugünkü müzakirələr dəyərli fikirlərin bölüşülməsinə və praktiki əməkdaşlıq üçün yeni imkanların yaranmasına şərait yaradacaq. Ən əsası, ümid edirəm ki, bu müzakirələr yalnız iqtisadi maraqlara deyil, həm də emosional etimada, qarşılıqlı hörmətə və dialoqa əsaslanan davamlı biznes tərəfdaşlıqlarının möhkəmlənməsinə töhfə verəcək", - deyə o qeyd edib.

Müxbirlər - Göyçək Mahmudlu, Vüsalə Səfərova, Mikayıl Məmmədov Videooperator - Ələkbər Baxşiyev Fotoqraf - Səfiyar Məcnun, Orxan Kərimov
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑