İdman · Ölkə.az

Ertem Şener "Qarabağ"dan "Sabah"a "transfer olundu"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ertem Şener "Qarabağ"dan "Sabah"a "transfer olundu" xəbəri üçün şəkil

Ölkə.az Sportify.az-a istinadla xəbər verir ki, Şener Azərbaycan təmsilçisinin oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya Praqa” komandasına qarşı keçirəcəyi II tur qarşılaşmasının iştirakçıları arasında olacaq.

Onun gəlişi məhz klubun dəvəti əsasında gerçəkləşəcək. Lakin Şener bu dəfə heç bir yayımçı telekanalda oyun şərh etməyəcək.

“Sabah” rəhbərliyi Çempionlar Liqasının əsas mərhələsindəki ilk ev oyununda bir sıra əcnəbi inflüenserləri görmək istəyib. Klub açılış matçı öncəsi şou-proqram hazırlayıb. Məhz bu fəaliyyətin dünya mediasında yüksək səviyyədə işıqlandırılması məqsədilə geniş auditoriyaya malik məşhur simaların dəvət olunması qərara alınıb.

Türkiyəli şərhçi ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı qarşılaşmaları ərəfəsində Bakıya gələrək, Sport TV vasitəsilə oyunları şərh edirdi. Bu dəfə isə o, “Sabah”ın dəvətini məmnuniyyətlə qəbul edib.

Qeyd edək ki, “Sabah” – “Slaviya Praqa” matçı saat 20:45-də başlanacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑