FİFA Argentina və Benin milliləri arasında keçirilən Lionel Messinin beynəlxalq vida matçının maliyyə strukturunu və idman dürüstlüyünü araşdırmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, məlumatlara görə, müstəntiqlər matçla əlaqədar şübhəli mərc fəaliyyəti, potensial oyun alveri indikatorları və maliyyə tranzaksiyalarını təhlil edirlər.
Həmçinin qarşılaşmanın kommersiya razılaşmaları, o cümlədən oyunçunun iştirak haqqı, gəlirlərin bölgüsü və üçüncü tərəflərin ödənişləri də nəzarət altında olan əsas məqamlar sırasındadır.
Hələlik nə FİFA, nə də Argentina Futbol Assosiasiyası bu araşdırma ilə bağlı rəsmi açıqlama verməyib.






