Braziliya futbolunun əfsanəsi Romario Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronalduya baş məşqçi Jorji Jezuşla yaşadığı qalmaqalda dəstək olub.
Bu barədə Sport.es xəbər verir.
Məlumata görə, Romario Ronaldunun UEFA Millətlər Liqasının Norveçlə oyununda ehtiyatda qaldıqdan sonra komandanı tərk etmək qərarını haqlı sayıb. "Kimsə verdiyi sözü tutmursa, dürüst davranmır. Əgər hər şey Ronaldunun dediyi kimidirsə, o, tamamilə haqlıdır. O, ehtimal ki, özünü dəyərsizləşdirilmiş, sanki lazımsız birinə çevrilmiş kimi hiss etdi və buna görə getdi. Mən də eynilə belə edərdim. İlk növbədə, qapını bərk çırpıb gedərdim. Onun səhvi heç də getməyində deyil. Ronaldunun səhvi o tipli adama daha əvvəl "cəhənnəm ol" deməməsindədir", - deyə Romario bildirib. ///oxu.az///






