PSJ futbolçuları Usman Dembele və Nuno Mendeşə əlavə istirahət verib.
News24.azxəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar baş məşqçi və klubun idman rəhbərliyi ilə razılaşdırılıb. Hər iki futbolçu məşqlərə oktyabrın 10-u və 11-də qoşulacaq. Onların zədəli olması barədə isə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, Dembele avqustun 28-də Liqa 1-in 2-ci turunda “Lill”lə səfər oyununu (2:2) buraxıb. 29 yaşlı hücumçunun oktyabrın 10-da Liqa 1-in 6-cı turunda “Le-Man”la keçiriləcək görüşdə də iştirak etməyəcəyi ehtimal olunur.






