İdman · İdman.biz

Toni Kroos məşqçiliyə hazırlaşır - “Real”a qayıdışı da gündəmdədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Toni Kroos məşqçiliyə hazırlaşır - “Real”a qayıdışı da gündəmdədir xəbəri üçün şəkil

Madrid “Real”ının və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamaq istiqamətində ilk addımı atmağa hazırlaşır.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı almaniyalı 2027/2028 mövsümündə peşəkar futbolçular üçün təşkil olunacaq məşqçilik kursuna qatılmaq istədiyini İspaniya Kral Futbol Federasiyasına (RFEF) bildirib.

Kursu uğurla başa vuracağı təqdirdə Kroos istənilən səviyyəli komandaya rəhbərlik etməyə imkan verən UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını əldə edəcək. Hazırda isə o, məşqçi köməkçisi kimi çalışa bilər, lakin La Liqa və ya ikinci divizion klublarına baş məşqçi təyin oluna bilməz.

Məlumata görə, “Real” rəhbərliyi hələ ötən yaz Kroosu klubun strukturuna qaytarmaq imkanını nəzərdən keçirib. Prezident Florentino Peres onun Valdebebas bazasında gündəlik fəaliyyət göstərməsini istəyib. Lakin klubun baş direktoru Xose Anxel Sançeslə Kroos arasında aparılan danışıqlarda konkret razılıq əldə olunmayıb. Bununla belə, tərəflər gələcək əməkdaşlıq ehtimalını açıq saxlayıblar.

Qeyd edək ki, 2024-cü ildə futbolçu karyerasını başa vuran Kroos hazırda Madriddə yaratdığı futbol akademiyasının fəaliyyəti ilə məşğuldur. O, məşqçilik sahəsində də tələsmədən, mərhələli şəkildə irəliləməyi planlaşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑