İdman · Bizim.Media

Ronaldonun komandasında CİDDİ İTKİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldonun komandasında CİDDİ İTKİ xəbəri üçün şəkil

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyun öncəsi ciddi müdafiə problemi ilə üzləşib.

Bizim.Media xəbər verir ki, Ər-Riyad təmsilçisi sabah “Əl-Diriyah” ilə qarşılaşacaq. 

"Goal" nəşrinin məlumatına görə, “Əl-Nəsr”in baş məşqçisi Ange Postekoğlu bu matçda iki əsas müdafiəçidən yararlana bilməyə bilər.
 

Abdulelah Əl-Amri Səudiyyə Ərəbistanı millisinin “Khaleeji 27” turnirində iştirak etdikdən sonra yorğunluq səbəbindən hazırda komandaya tam qoşula bilmir. Mohamed Simakan isə əzələ dartılması səbəbindən keçirdiyi zədədən sonra dünən komanda ilə qismən məşq etsə də, oyuna tam hazır deyil.


Hər iki futbolçu bu gün tibbi müayinədən keçəcək. Bundan sonra onların “Əl-Diriyah”la matçda start heyətində oynayıb-oynamayacağı müəyyənləşəcək.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 16 xalla 3-cü pillədə qərarlaşıb. 

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑