İdman · Bizim.Media

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazandı xəbəri üçün şəkil

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb. Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑