İdman · Bizim.Media

Messi vida matçında qol vurdu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi vida matçında qol vurdu - VİDEO xəbəri üçün şəkil

Argentina milli futbol komandası yoldaşlıq oyununda Benini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma hücumçu Lionel Messinin milli komandadakı son oyunu olub.

Bizim.Media xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüşdə Argentina millisinin qollarını Nikolas Otamendi, Niko Paz və Lionel Messi vurub. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə edib.

Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑