İdman · Ölkə.az

Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Sentyabr ayında Lütsern prokurorluğunun Caka barəsində saxta sənəd əldə etmə maddəsi ilə araşdırma apardığı bəlli olmuşdu. Daha sonra 34 yaşlı futbolçu təqsirini etiraf edərək istintaqla əməkdaşlığa hazır olduğunu bildirmişdi. Hətta onun həbs olunma təhlükəsinin olduğu vurğulanırdı.

"Sadələşdirilmiş icraat qaydasında saxta rəsmi sənəd əldə etdiyimə görə iki il sınaq müddəti olmaqla 50 günlük şərti cəriməyə (hər biri 3 min İsveçrə frankı dəyərində) məhkum olundum. Bu, o deməkdir ki, bu müddət ərzində yeni bir hüquq pozuntusu törətməsəm, cəza icra olunmayacaq. Məhkəmə xərclərini artıq ödəmişəm.

Bu qərarı qəbul edirəm və etdiyim əməllərə görə məsuliyyəti tam üzərimə götürürəm. Çoxsaylı dəstək mesajlarına görə hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox vacibdir", - deyə Caka yazıb.

Qeyd edək ki, Qranit Caka karyerası ərzində Londonun "Arsenal", Leverkuzenin "Bayer", Mönhenqladbaxın "Borussiya" və "Bazel" klublarının şərəfini qoruyub. O, İsveçrə millisinin heyətində keçirdiyi 152 matçda 18 qola imza atıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑