İdman · İdman.biz

Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər xəbəri üçün şəkil

“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Londonun “Arsenal” və “Tottenhem” klubları 21 yaşlı futbolçu ilə maraqlanır.

İdman.Biz insayder Canluka Di Martsioya istinadən xəbər verir ki, Turin klubunun növbəti transfer pəncərəsində Yıldızı satmağa razı olub-olmayacağı hələlik məlum deyil. Lakin mümkün keçidin məbləği kifayət qədər yüksək ola bilər.

“Əgər “Yuventus” onu satmaq qərarına gəlsə, bu, şübhəsiz, doqquzrəqəmli məbləğ qarşılığında baş verəcək. Söhbət 110 və ya 120 milyon avrodan yox, 150 milyon avroya (300 milyon manat) yaxın məbləğdən gedir. Hazırda 100 milyon avrodan baha satılacağına əmin olduğum bir futbolçunun adını çəkməli olsam, bu, Kenan Yıldız olardı”, - deyə Di Martsio bildirib.

Qeyd edək ki, türkiyəli futbolçunun “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 75 milyon avro (150 milyon manat) qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑