İdman · Globalinfo.az

Əfsanədən Ronaldoya: “Cəhənnəm ol” deməli idi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfsanədən Ronaldoya: “Cəhənnəm ol” deməli idi xəbəri üçün şəkil

Braziliya futbolunun əfsanəsi Romario Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun baş məşqçi Jorji Jezuşla yaşadığı gərginliyə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Romario UEFA Millətlər Liqasında Norveçlə qarşılaşmada ehtiyatda qaldıqdan sonra Ronaldunun milli komandadan ayrılmaq qərarını düzgün hesab etdiyini deyib.

“Məncə, kimsə verdiyi sözə əməl etmirsə, səmimi davranmır. Əgər Ronaldunun danışdıqları doğrudursa, onun mövqeyi tamamilə haqlıdır. Yəqin ki, o, özünü dəyərsiz və komandaya lazım olmayan biri kimi hiss edib və buna görə getmək qərarına gəlib.

Mən də eyni şəkildə davranardım. Hətta ilk növbədə qapını bərk çırpıb gedərdim. Ronaldunun səhvi komandanı tərk etməsi deyil. Onun səhvi belə bir insana daha əvvəl “cəhənnəm ol” deməməsidir”, – deyə Romario bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑