İdman · Ölkə.az

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, -100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu adını qazanıb.

Cüdoçumuz həlledici görüşədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) mübarizədən kənarlaşdırıb.

+100 kq-da Kənan Nəsibov da günü məğlubiyyətsiz başa vurub. O, finalda erbiyalı Vidak Malyeviçdən üstün olaraq titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov final yolunda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib.

Beləliklə, Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi komanda hesabında 1-ci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑