İdman · Futbolpress.az

Azərbaycanlı şahmatçıdan növbəti qələbə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı şahmatçıdan növbəti qələbə xəbəri üçün şəkil

Azərbaycan qrossmeysteri Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində təşkil olunan “KazChess Masters” beynəlxalq turnirində ardıcıl ikinci qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, yarışın 6-cı turunda ağ fiqurlarla oynayan təmsilçimiz meydan sahibi Sauat Nurqaliyevi 1:0 hesabı ilə məğlub edib.

Yarışa zəif başlayan, lakin 5-ci turda Alua Nurmanı, ardından Nurqaliyevi üstələyən Muradlı xallarının sayını 3-ə çatdırıb. Altı turdan sonra turnir cədvəlinə 4 xalla Daniil Dubov, Denis Lazavik və Şəmsəddin Vahidov liderlik edir.

Məhəmməd Muradlı noyabrın 1-də keçiriləcək 7-ci turda Ermənistan şahmatçısı Aram Akopyanla qara fiqurlarla qarşılaşacaq.

10 şahmatçının mübarizə apardığı yarış noyabrın 3-də başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑