İdman · İdman.biz

Arseniy Djioyev: “İstəyirdim ki, Azərbaycan bayrağı birinci yerdə olsun” – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arseniy Djioyev: “İstəyirdim ki, Azərbaycan bayrağı birinci yerdə olsun” – VİDEO xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) final görüşündən sonra təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi qızıl medal qazanmağı çox istədiyini, lakin növbəti yarışlarda daha yüksək nəticə əldə etmək üçün mübarizəsini davam etdirəcəyini bildirib.

“Qızıl medal alınmadı. Bunu çox istəyirdim. İstəyirdim ki, Azərbaycan bayrağı birinci yerdə olsun. Amma vaxt var, irəliləyiş də var. Biz doğru istiqamətdəyik. Allahın köməyi ilə dayanmaq fikrim yoxdur. Bu, hələ başlanğıcdır. Gələn dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməyə çalışacağam”.

Djioyev güləşdə nəticələrin hər zaman gözlənilən kimi olmadığını da vurğulayıb:

“Bu, güləşdir, gözlənilməz idman növüdür. Bir dəfə qalib gəlirsən, bir dəfə də uduzursan. Bu dəfə belə alındı”.

Qeyd edək ki, Arseniy Djioyev dünya çempionatının finalında ABŞ təmsilçisi Kayl Deykə 2:3 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑