İspaniya La Liqasında XI tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilib.
Lider “Barselona” doğma azarkeşləri önündə “Alaves”i qəbul edib. Kataloniya təmsilçisi rəqibini 6:1 hesabı ilə darmadağın edib.
Digər matçlarda “Atletiko” səfərdə “Levante”yə 2:0, “Espanyol” isə “Vilyareal”a 1:0 hesabı ilə qalib gəlib. “Rayo Valyekano” “Selta”nı 3:0, “Betis” isə “Malaqa”nı 2:1 hesabı ilə məğlub edib.



