İdman · Futbolpress.az

Bundesliqa: Derbidə qalib müəyyənləşmədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bundesliqa: Derbidə qalib müəyyənləşmədi xəbəri üçün şəkil

Almaniya Bundesliqasında VIII turun mərkəzi qarşılaşmaları başa çatıb.

Futbolpress.az xəbər verir ki, turun ən həyəcanlı və prinsipial dueli Münhendə “Bavariya” ilə “Borussiya” (Dortmund) arasında yaşanıb. Gərgin mübarizə şəraitində keçən “kassiker”də tərəflər qələbəyə sevinə bilməyiblər – 2:2. Günün digər maraqlı matçında “Bayer” (Leverkuzen) doğma azarkeşləri önündə “Ştutqart”a 2:4 hesabı ilə məğlub olub.

“Leypsiq” səfərdə “Şalke”ni Antonio Nusa və Romulonun qolları ilə 2:0 hesabı ilə üstələyib. “Verder” (Bremen) öz meydanında “Hoffenhaym”ı Niklas Füllkruq və Eren Dinkçinin dəqiq zərbələri ilə məğlub edib (2:0). “Frayburq” səfərdə “Auqsburq”dan üstün olub (2:1), “Borussiya” (Münhenqladbax) və “Paderborn” qolsuz heç-heçəyə imza atıblar.

Qeydə alınan nəticələr:

Almaniya Bundesliqası

VIII tur

Bayer (Leverkuzen) – Ştutqart 2:4

Qollar: Patrik Şik, 28, İbrahim Maza, 79 – Ermedin Demiroviç, 14, 65, Bilal El Xannus, 51, Ceymi Levelinq, 22

Borussiya (Münhenqladbax) – Paderborn 0:0

Auqsburq – Frayburq 1:2

Qollar: Mixael Qreqoriç, 18 – İqor Matanoviç, 65, Sirjak İrie, 85

Şalke – Leypsiq 0:2

Qollar: Antonio Nusa, 37 (pen.), Romulo, 78

Verder (Bremen) – Hoffenhaym 2:0

Qollar: Niklas Füllkruq, 57, Eren Dinkçi, 82

Bavariya – Borussiya (Dortmund) 2:2

Qollar: Konrad Laymer, 38, Dayo Upamekano, 66 – Serhu Girassi, 60, Fabio Silva, 89

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑