Almaniya Bundesliqasında VIII turun növbəti görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 6 görüş baş tutub.
Günün diqqətçəkən matçı Münhendə keçirilib. “Bavariya” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Digər görüşlərdə “Ştutqart” səfərdə “Bayer”i 4:2, “Leypsiq” “Şalke”ni 2:0, “Frayburq” isə “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib. “Verder” “Hoffenhaym”a 2:0 hesabı ilə qalib gəlib. “Borussiya” (Mönhenqladbax) – “Paderborn” matçında isə qapılara qol vurulmayıb – 0:0.





