Ölkə.az xəbər verir ki, iştirakçılar bahalaşmaya və artan yaşayış xərclərinə, o cümlədən təhsil sistemindəki problemlərə etirazlarını bildiriblər.
Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində üzlərini bağlayan etirazçıl pirotexniki vasitələrdən istifadə edib.
Ştutqartda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub, saxlanılanlar var.
“Gen Z regelt” hərəkatı gənclərin gələcəyinə təsir edən siyasi və iqtisadi qərarlarda daha çox söz sahibi olmasını tələb edir.
Aksiyalar davam etdiriləcək.





