Dünya · Modern.az

Tusk prezidenti və müxalifəti ittiham etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tusk prezidenti və müxalifəti ittiham etdi
Tusk prezidenti və müxalifəti ittiham etdi

Polşanın Baş naziri Donald Tusk Konstitusiya Tribunalının binası qarşısında baş verən hadisələri biabırçılıq adlandırıb.

Modern.az-ın məlumatına görə, Tusk bildirib ki, ölkədə sülhün qorunması qanunsuzluğa və zorakılığa güzəştə getmək anlamına gəlməməlidir.

“Ümid edirəm ki, bir daha belə səhnələrin şahidi olmayacağıq. Lakin sülhün qorunması qanunsuzluğa və zorakılığa güzəşt demək deyil. Demokratik dövlət güclü olmalı və ədaləti təmin etməyi bacarmalıdır”, – Baş nazir vurğulayıb.

Tusk Konstitusiya Tribunalına və onun hakimlərinə hücumu qanunun aliliyinin sarsıdılması istiqamətində növbəti addım kimi qiymətləndirib.

O, baş verənlərə görə müxalifətdəki “Hüquq və Ədalət” Partiyasını, keçmiş Prezident Andjey Dudanı və hazırkı dövlət başçısı Karol Navrotskini ittiham edib.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranmış böhran oktyabrın 30-da qarşıdurmaya çevrilib. Tribunalın sədri Boqdan Şvençkovskinin səlahiyyətlərinin dayandırılmasından sonra bina qarşısında etirazlar keçirilib.

Prezident Karol Navrotski isə baş verənləri konstitusion qurumun zorla ələ keçirilməsi kimi qiymətləndirərək təcili siyasi məsləhətləşmələrə çağırıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑