Dünya · Teleqraf

Yaponiyada 6,1 maqnitudalı zəlzələ baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiyada 6,1 maqnitudalı zəlzələ baş verib xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

Yaponiyanın Honsyu adasında, Mie prefekturası sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 350 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Honsyu adasının əhəmiyyətli hissəsində hiss olunub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Nəqliyyatın fəaliyyətində də hər hansı problem qeydə alınmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑