Dünya · Azxeber.com

Şimali Koreya silah sistemlərinin gücünü qiymətləndirmək üçün sınaq keçirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Koreya silah sistemlərinin gücünü qiymətləndirmək üçün sınaq keçirib xəbəri üçün şəkil
Şimali Koreya taktiki ballistik raket üçün nəzərdə tutulan kaset tipli döyüş başlığının gücünü və döyüş şəraitində tətbiq imkanlarını yoxlayıb.
AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Məlumata görə, KXDR-in Raket Sənayesi Baş İdarəsi sınağı oktyabrın 31-də keçirib.
İdarə rəsmisinin sözlərinə görə, kaset tipli döyüş başlıqları xüsusi təyinatlı və dörd standart növ olmaqla təsnif edilir. O bildirib ki, bu il ərzində hərbi bölmələrin əməliyyat məqsədindən və məhv ediləcək obyektin xüsusiyyətlərindən asılı olaraq bütün növ döyüş başlıqlarından istifadə edə bilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, sınaq nəticəsində ikinci standart tipli kaset döyüş başlığının yüksək sıxlıqlı zərbə hesabına 12-13 hektar sahəni əhatə edən hədəfi məhv etmək qabiliyyətinə malik olduğu təsdiqlənib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑