Dünya · Azxeber.com

Ukraynalılara möhlət verməyəcəyik - Kreml

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynalılara möhlət verməyəcəyik - Kreml xəbəri üçün şəkil
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, əməliyyatların dayandırılması Ukraynaya qüvvələrini bərpa etmək imkanı verər.
Peskov deyib ki, Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlara hazırlıq Moskvanın hər hansı atəşkəslə razılaşdığı anlamına gəlmir:
"Danışıqlara hazırlıq hərbi əməliyyatların məhdudlaşdırılması ilə bağlı hər hansı öhdəliyin götürülməsini nəzərdə tutmur. Biz dəfələrlə bildirmişik ki, ukraynalılara möhlət verəcək atəşkəsin əleyhinəyik”.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑