Dünya · Teleqraf

Tramp İrana qarşı yeni hərbi əməliyyatlarla bağlı suala cavab verməkdən yayınıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp İrana qarşı yeni hərbi əməliyyatlarla bağlı suala cavab verməkdən yayınıb xəbəri üçün şəkil

BAKI, 1 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn həftə İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırıb-planlaşdırmadığı barədə jurnalistin sualını “axmaq” adlandırıb.

Teleqraf xəbər verir ki, jurnalistlər dövlət başçısına bu sualı Floridadakı Mar-a-Laqo iqamətgahında ünvanlayıblar.

Tramp suala cavabında “The New York Times” qəzetinin jurnalistinə müraciətlə bunun axmaq sual olduğunu bildirib.

“Fərz edək ki, bunu planlaşdırıram. Sizə bunu deyərdimmi? Siz soruşursunuz ki, gələn həftə müharibəyə qayıtmağı düşünürsünüzmü? Tutaq ki, düşünürəm. Sizə bunu deyərdimmi? Tutaq ki, düşünmürəm. Yenə də sizə bunu deyərdimmi?” - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl “Axios” portalı ABŞ administrasiyasında İrana qarşı mümkün yeni hücumlarla bağlı fikir ayrılıqlarının olduğunu yazıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑