Dünya · Azxeber.com

Melaniya Tramp niyə ərinin rəqs etməsini istəmir? - ABŞ lideri açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Melaniya Tramp niyə ərinin rəqs etməsini istəmir? - ABŞ lideri açıqladı xəbəri üçün şəkil
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampdan ictimaiyyət qarşısında rəqs etməməyi dəfələrlə xahiş edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada keçirilən seçkiqabağı mitinqdə danışıb.
Tramp həyat yoldaşının ona dediyi sözləri belə çatdırıb:
"Əzizim, xahiş edirəm, bir daha rəqs etmə. Axı sən prezident­sən".
Bu sözlər tədbir iştirakçılarının gülüşünə səbəb olub.
Nəşrin məlumatına görə, siyasətçi bu ailə əhvalatını oktyabrın 30-da Daytona-Biç şəhərindəki "Ocean Center" sərgi mərkəzində çıxışı zamanı danışıb. Mitinqdə təxminən 8 000 nəfər iştirak edib.
ABŞ prezidenti qeyd edib ki, Melaniya onun ağır atlet və ya üzgüçünü təqlid etdiyi zarafatcıl çıxışlarını da bəyənmir.
Tramp isə həyat yoldaşının iradlarına yumorla yanaşıb. O, mitinq iştirakçılarına ABŞ-nin keçmiş prezidentləri Duayt Eyzenhauerin və ya Co Baydenin səhnədə rəqs etdiklərini təsəvvür etməyi təklif edib. "Bild"in yazdığına görə, bu müqayisə də iştirakçıların gülüşünə səbəb olub.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑