Dünya · Lent.az

Selin Dionun səhnəyə qayıdışı 125 milyon dollar qazandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Selin Dionun səhnəyə qayıdışı 125 milyon dollar qazandırdı xəbəri üçün şəkil

 

Kanadalı müğənni Selin Dion altıillik fasilədən sonra Parisdə verdiyi konsertlərlə böyük kommersiya uğuruna imza atıb. Sənətçinin səhnəyə qayıdış proqramları 125 milyon dollardan çox gəlir gətirib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” “Billboard” nəşrinin məlumatlarına istinadən xəbər yayıb.

58 yaşlı müğənninin sentyabr və oktyabr aylarında keçirilən 16 konsertinə ümumilikdə 539 min bilet satılıb. Konsertlərdən əldə edilən ümumi gəlir 125,5 milyon dollar olub. Hər çıxış orta hesabla 7,8 milyon dollarlıq gəlir gətirib.

Nadir nevroloji xəstəliklə mübarizə aparan Dion 2023-cü il turnesini ləğv etmək məcburiyyətində qalmışdı. Sənətçi müalicə və reabilitasiya prosesindən sonra yenidən böyük səhnəyə qayıdıb.

Müğənninin gələn il mayın 8-dən 29-dək Parisdə daha 10 konsert verməsi planlaşdırılır.

 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑