Dünya · Publika.az

Baş nazir nazirləri hərbi təlimə göndərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş nazir nazirləri hərbi təlimə göndərdi xəbəri üçün şəkil

Efiopiyanın baş naziri Abiy Əhməd hökumət üzvləri və digər yüksək vəzifəli dövlət məmurları üçün hərbi hazırlıq təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Bildirilib ki, ordu intizamı rəhbərlərin liderlik keyfiyyətlərini gücləndirməyə və ölkənin inkişafını sürətləndirməyə kömək edəcək.

Baş nazirin sosial şəbəkələrdə paylaşdığı fotolarda onun Hurso təlim mərkəzində nazirlər, onların müavinləri və dövlət qurumlarının rəhbərləri ilə birlikdə hərbi təlimlərdə iştirak etdiyi görünür. İştirakçılar arasında maliyyə naziri Fitsum Assefa, səhiyyə naziri Mekdes Daba və Federasiya Palatasının sədri Muferiat Kamil də var.

Efiopiya üçün bu cür təcrübə qeyri-adidir: yüksək vəzifəli mülki məmurlar nadir hallarda hərbi hazırlıq keçirlər. Təlimlərin nə vaxt başladığı və nə qədər davam edəcəyi dəqiqləşdirilmir.

Abiy bildirib ki, ümumi rifaha nail olmaq üçün ölkə rəhbərləri fiziki cəhətdən hazırlıqlı, psixoloji baxımdan dözümlü və intellektual cəhətdən inkişaf etmiş olmalıdırlar. Onun fikrincə, hərbi müəssisələr onlara intizamı, vətənpərvərliyi, komanda şəklində işləməyi və məsuliyyəti öyrədə bilər.

“Əsgərlərin tapşırıqları, mülki şəxslərin isə məqsədləri var. Hər iki tərəf qələbəyə can atır”, — deyə baş nazir yazıb. O vurğulayıb ki, hərbi və mülki intizamın birləşdirilməsi ümumi nəticələr naminə işləyə biləcək rəhbərlərin yetişdirilməsinə kömək edəcək.

Hazırlıq ölkədə təhlükəsizlik sahəsində problemlərin davam etdiyi bir şəraitdə keçirilir. Tiqrayda toqquşmalar, Amharada münaqişə, Oromiyada isə qeyri-sabitlik hələ də davam edir. Bundan əlavə, qonşu Eritreya ilə münasibətlərdə gərginlik artır ki, bu da silahlı münaqişənin yenidən alovlanması ehtimalı ilə bağlı narahatlıq doğurur.

Hüseyn İbadlı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑