Dünya · Azxeber.com

Rezai: ABŞ danışıqlardan İrana zərbə endirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rezai: ABŞ danışıqlardan İrana zərbə endirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər xəbəri üçün şəkil
İran ABŞ-nin diplomatik təşəbbüslərinə ciddi şübhə ilə yanaşır və Vaşinqtonun danışıqlardan yeni hərbi hücuma hazırlaşmaq üçün istifadə edə biləcəyindən ehtiyatlanır.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran ABŞ-nin danışıqlar təşəbbüslərinin arxasında başqa məqsədlərin dayana biləcəyini istisna etmir.
"İran sizə dərin etimadsızlıq hissi bəsləyir. Siz indi danışıqlar aparmaq, seçkilərinizdən sonra isə zərbə endirmək istəyirsiniz”, – Rezai İran tərəfinin vasitəçilər üzərindən Vaşinqtona çatdırdığı xəbərdarlığı açıqlayarkən deyib.   ///apa.az
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑