Dünya · Azxeber.com

İran müharibə ehtimalını istisna etmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran müharibə ehtimalını istisna etmir xəbəri üçün şəkil
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlama ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır.
AZXEBER.COM xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin "Al Jazeera” telekanalına müsahibəsində bildirib.
"Biz müharibənin başlanması ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq”, - deyə nazir vurğulayıb.
A.Əraqçinin sözlərinə görə, İran silah arsenalını modernləşdirib, mövcud zəiflikləri aradan qaldırıb və yeni silah növlərini sınaqdan keçirib. O, ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu qeyd edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑