İdman · Offsideplus.az

Türkiyə yığması yenə italiyalı mütəxəssisə tapşırılır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə yığması yenə italiyalı mütəxəssisə tapşırılır? xəbəri üçün şəkil
Türkiyə yığması yenə italiyalı mütəxəssisə tapşırılır?

Türkiyə Futbol Federasiyası (TFF) milli komandaya yeni baş məşqçi axtarışlarını davam etdirərkən diqqətçəkən bir iddia ortaya çıxıb. 

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis Françesko Kalzona menecerlər vasitəsilə TFF-yə təklif olunub.

Təcrübəli baş məşqçi Türkiyə millisindən gələn maraqla bağlı danışaraq təklifə müsbət yanaşdığını gizlətməyib:

"Menecerim yaxınlaşan yeni tapşırıq üçün hazır olmağım barədə mənə xəbərdarlıq etdi. Slovakiyadan sonra Türkiyə millisini çalışdırmaq böyük bir imtiyaz olardı. Türkiyədən təmaslarımız var. Bu, bizim üçün çox gözəl bir təcrübə olar".

Qeyd edək ki, 55 yaşlı Françesko Kalzona son olaraq Slovakiya millisini və eyni zamanda paralel şəkildə İtaliyanın "Napoli" klubunu çalışdırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑