İspaniyanın “Real” və “Barselona” futbol klubları “Mançester Siti”nin hücumçusu Erlinq Holandla maraqlanır.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, hər iki İspaniya klubunun nümayəndələri oktyabrın 11-də “Enfild” stadionunda keçirilən “Liverpul” - “Mançester Siti” matçını (0:3) izləyiblər.
İngiltərə Premyer Liqasının altıncı turu çərçivəsində baş tutan görüşdə skautların əsas diqqəti norveçli hücumçuya yönəlib.
Məlumata görə, “Real” və “Barselona”nın nümayəndələri Holandla yanaşı, adları açıqlanmayan daha üç futbolçunu da izləyiblər.
İspaniya nəhənglərinin norveçli forvarda marağının “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra daha da artdığı bildirilir.
Qeyd edək ki, “Liverpul”la qarşılaşmada Holand 65-ci dəqiqədə hesabı açıb. “Mançester Siti”nin digər qollarını Jeremi Doku və Rayan Şerki vurublar.




