İdman · İdman.biz

Messi “Qızıl top”u yeni sahibinə şəxsən təqdim edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi “Qızıl top”u yeni sahibinə şəxsən təqdim edə bilər xəbəri üçün şəkil

Argentinalı futbolçu Lionel Messi 2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edə bilər.

İdman.Biz insayder Xuan Xesusa istinadən xəbər verir ki, Messi Londona gələrək nüfuzlu mükafatı yeni qalibə şəxsən təqdim edəcək.

Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top”a layiq görülüb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafatı qazanıb.

Hazırda ABŞ-nin MLS liqasında mübarizə aparan “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu müntəzəm çempionatın 25 oyununda 23 qol vurub.

“Qızıl top – 2026” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑