İdman · Futbolpress.az

Portuqaliyalı müdafiəçi heyətə qaytarıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Portuqaliyalı müdafiəçi heyətə qaytarıldı xəbəri üçün şəkil

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Mançester Siti” ilə prinsipial qarşılaşma öncəsi heyətini müəyyələnləşdirib.

Futbolpress.az xəbər verir ki, “Maisfutebol” nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisinin portuqaliyalı müdafiəçisi Nunu Mendeş İngiltərədəki oyunun iştirak ərizəsinə daxil edilib. UEFA Millətlər Liqası matçlarından sonra verilən istirahət müddətini başa vuran cinah oyunçusu komandaya qoşulub.

Nunu Mendeşlə yanaşı, oxşar səbəbdən dincələn fransalı hücumçu Usman Dembele də baş məşqçi Luis Enrikenin Çempionlar Liqası üçün formalaşdırdığı iştirakçı siyahısında yer alıb. Eyni zamanda, Fransa Liqa 1-in son turunda “Le Man” üzərində qazanılan qələbədə meydanda olan Vitinya və Joau Neveş də Mançesterə yollanacaq heyətə dəvət ediliblər.

“Mançester Siti” – PSJ qarşılaşması oktyabrın 14-də İngiltərədə keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑