İdman · Apasport.az

Millimiz Qazaxıstana yollanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Millimiz Qazaxıstana yollanıb xəbəri üçün şəkil

Qadın güləşi üzrə milli komandamızın üzvləri Qazaxıstana yollanıb.

Apasport.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.

Ayın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq. 

Hazırlıq prosesində taktiki-texniki çalışmalara və rəqiblərin analizinə üstünlük verilir. Toplanış bitdikdən sonra komanda Almatıdan Astanaya yollanacaq.

Qeyd edək ki, mundialda qadın güləşi üzrə yarış 27-30 oktyabrda keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑