İdman · Bizim.Media

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ xəbəri üçün şəkil

“Yuventus” Kriştiano Ronaldoya 9,8 milyon avro ödənişlə bağlı qərardan yenidən şikayət edib.

Bizim.Media xəbər verir ki, “Football Italia”nın məlumatına görə, Turin klubu İtaliyanın Ali Kassasiya Məhkəməsinə müraciət edib.

Mübahisə portuqaliyalı hücumçunun 2021-ci ildə “Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə qayıtmasından sonra yaranıb.

İş koronavirus pandemiyası dövründə futbolçuların maaş ödənişlərinin təxirə salınması ilə bağlıdır.

2024-cü ilin aprelində arbitraj məhkəməsi klubun Ronaldoya tələb etdiyi 19,5 milyon avronun təxminən yarısını ödəməsi barədə qərar çıxarıb. Bununla yanaşı, “Yuventus”un futbolçunu qəsdən aldatdığı müəyyən edilməyib.
 

Klubun qərardan əvvəlki şikayəti 2026-cı ilin yanvarında rədd edilib və ilkin qərar qüvvədə saxlanılıb. “Yuventus” yeni müraciət etdiyini 2025/2026 mövsümü üzrə maliyyə hesabatında təsdiqləyib.


Qeyd edək ki, işə Ali Kassasiya Məhkəməsində nə vaxt baxılacağı hələlik açıqlanmayıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑