İdman · Offsideplus.az

“Səbail”in prezidenti 4 oyunluq cəzalandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Səbail”in prezidenti 4 oyunluq cəzalandırıldı xəbəri üçün şəkil
“Səbail”in prezidenti 4 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi “Səbail” klubunun prezidenti Mirzə Bayrampuru hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, I Liqanın VI turunda keçirilmiş “Şahdağ Qusar” – “Səbail” matçından sonra dəhlizə daxil olaraq hakimləri təhqir edən və hədə-qorxu gələn klub prezidentinə görə paytaxt təmsilçisi 3000 manat cərimələnib.

Eyni səbəbdən komandanın futbolçusu Rubin Seyidov da 4 oyunluq cəzaya məruz qalıb və kluba əlavə 3000 manat cərimə tətbiq edilib.

Bundan başqa, azarkeşlərin meydana kənar əşyalar atması və hakimlərin ünvanına kütləvi təhqirlər səsləndirməsinə görə “Səbail” ümumilikdə daha 2100 manat ödəyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑