İdman · Futbolpress.az

“Turan Tovuz”dan 50 minlik ianə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Turan Tovuz”dan 50 minlik ianə xəbəri üçün şəkil

“Turan Tovuz” futbol klubu bu ilin 3 oktyabr tarixində Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.

Futbolpress.az xəbər verir ki, bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” futbol klubu arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası 28 sentyabr 2026-cı il tarixində QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.

Peşəkar futbol klubunun bu xeyriyyə turnirinə əsas tərəfdaş qismində dəstək verməsi idmanın yalnız meydandakı rəqabətdən ibarət olmadığını və bütün idman ictimaiyyətinin Qarabağın dirçəlişi kimi ali bir məqsəd ətrafında sıx birləşdiyini nümayiş etdirir.

“Dirçəliş Kuboku”nun 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.

Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑