İspaniyada baş verən qatar qəzası ilə əlaqədar Kral Kubokunun bu gün keçirilməsi nəzərdə tutulan birinci turunun bütün qarşılaşmaları təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası açıqlama yayıb.
“İspaniyanın böyük futbol ailəsi bu faciə qarşısında kədərini bölüşür və dəhşətli qəzanın qurbanlarına yardım göstərilməsi üçün müvafiq qurumlara dəstək təklif edir.
Yenilənmiş oyun cədvəli yaxın zamanda açıqlanacaq”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində azı 64 nəfər həyatını itirib, 179 nəfər isə xəsarət alıb.





