Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan "Araz-Naxçıvan" bu gün V qrupundakı ikinci matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gəlib.
Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da təşkil olunacaq qarşılaşmada komandamız 3:5 hesabı ilə məğlub olub.
Təmsilçimizin qollarına Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov imza atıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk turda Macarıstanın "Uypeşt" klubunu 5:4 hesabı ilə məğlub edib. Onlar qrupdakı son oyununu oktyabrın 30-da Polşanın "Piast" kollektivinə qarşı keçirəcək.




